Çingiz Hüseynzadədən federasiyalara XƏBƏRDARLIQ
“Pandemiya şəraitində keçiriləcək Olimpiadanın öz problemləri var. İndiki Olimpiada əvvəlkilərdən fərqlənəcək”.
Oxu.Az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O bildirib ki, Tokioda idmançılar sosial qaydalara riayət etmək məcburiyyətində qalacaq:
“Beynəlxalq Olimpiya Komitəsi bunun üçün idmançılar və nümayəndə heyətinə müəyyən qaydalar tətbiq edib. Buna görə də bu gün bütün federasiya nümayəndələrini bura dəvət etmişik ki, Tokioda olanda problemlərlə üzləşməyək”.