Bakıda qanunsuz heyvan kəsimi məntəqəsi fəaliyyət göstərir – AQTA buna niyə göz yumur? (VİDEO)
Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yerləşən “Venera” kafesinin 1-ci mərtəbəsində qanunsuz fəaliyyət göstərən “Dana və quzu əti” heyvan kəsimi məntəqəsi fəaliyyət göstərir.
AzTimes.az xəbər verir ki,Asiya TV-yə şikayət edən yerli sakinlər bildirirlər ki, burada yol kənarlarında qanunsuz heyvan kəsilir və ekspertizası aparılmadan, antisanitar vəziyyətdə ətlərin satışı həyata keçirilir.
Asiya TV-nin əməkdaşı məsələ ilə bağlı qanunsuz ət kəsimi həyata keçirildiyi iddia edilən sahibkar Ehtiram Rüstəmovla əlaqə saxlayıb.
Sahibkar bildirib ki, “2-ci Alatava qəsəbəsində ət kəsimi məntəqələrinin hamısı yol kənarında, açıq havada heyvan kəsimi həyata keçirir, eləcə də biz..” Sitatın sonu.
Belə məlum olur ki, 2-ci Alatavada fəaliyyət göstərən sahibkarlar “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamından bixəbərdirlər.
Bəs görəsən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi hara baxır!? Axı, əhalinin sağlamlığının qorunması həmçinin qida təhlükəsizliyinin təmin edilməsi bu idarənin üzərinə düşür.
Mövzunu diqqətdə saxlayacağıq.
Asiya TV