Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmadı – FOTO

Baxılıb:137
Azərbaycanda son sutkada koronavirusdan ölüm qeydə alınmadı – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 710 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 895 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 247, bu günə qədər isə ümumilikdə 3 690 224 test icra olunub.


Abunəlik