Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq

Baxılıb:162
Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq

Nazirlər Kabinetinin bugünkü qərarına əsasən, iyul ayının 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 sertifikata malik olması mütləqdir.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yaydığı qərarda qeyd olunub.

Belə ki, avqustun 1-dək birinci doza qeyd olunan vaksinasiya sertifikatı qəbul ediləcək.

Avqustun 1-dən isə COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin 80 faizindən COVID pasportu tələb olunacaq. 


Abunəlik