Hirkan milli parkında yaşıllıqların soyqırımı – FOTOLAR+VİDEO

Baxılıb:594
Hirkan milli parkında yaşıllıqların soyqırımı – FOTOLAR+VİDEO

https://www.youtube.com/watch?v=azlipiye05U&feature=emb_imp_woyt

https://www.youtube.com/watchtime_continue=1&v=7DE8NhQsvUc&feature=emb_logo

Azinfo.tv-nin redaksiyasına Hirkan milli parkı barəsində maraqlı faktlar daxil olub.Daxil olan məlumatlarda park ərazisində yerləşən meşəliklərin amansızlıqla məhv edilməsi sübut olaraq ortaya qoyulub. Biz ötən müddət ərzində qeyd edilən park barəsində bir neçə yazı dərc etmişdik. Bu faktlar arasında ərazidə yaşayan vətəndaşın səs yazıları da var açığı həmin dönəmdə hesab etdik ki, ekologiya və təbii sərvətlər nazirliyi baş verənlərə dərhal reaksiya verib, tədbir görəcək.Ancaq görünən budur ki, qeyd edilən dövlət qurumunun baş verənlərə heç tükü də tərpənmir.Belə bir təəssürat yaranır ki, nazir Muxtar Babayev yaşıllıqların qırılmasına göz yumur, yaxud da daşıdığı vəzifənin öhdəsindən layiqincə gələ bilmir.
Hirkan milli parkının sədri, Aqil Sucayev bu posta mədəniyyət və turizm sahəsindən gəlib. Adam sanki əlinə fürsət düşmüş kimi təbiətin məhvinə girişib. Aldığımız digər məlumata görə Aqil Sucayev Sabiq deputat Hüseynbala Mirələmovun dost-dogmaca bacısı oğludur. Hazırda dayı, bacıoğlu fərqli-fərqli sahələrdə məşhurdurlar.
Daxil olan foto şəkillər bir daha sübut edir ki, ərazidə vəziyyət olduqca gərgindir.

Şikayətçi bildirir ki, ərazi Hirkan milli parkın Təngərüd meşəbəyliyi ərazisindədir. Həmin ərazi dolay 02 adlanır. Əraziyə meşəbəyi Əhmədov Müzəffər Meybala oğlu rəhbərlik edir.

Digər fakt Hirkan milli parkının Haftuni dolay 21-ərazisində təsadüf edilir. Burada nəzarəti Sucayev Şahgəldi Ağahüseyn oğlu həyata keçirir.

Digər ərazi Hirkan milli parkının Haftuni meşəbəyliyində dolay 28-də qeydə alınıb. Bu ərazidə meşəyə nəzarəti Əliyev Namazəli Əhməd oğlu həyata keçirir.
Şəkillər ərazidə baş verən mənzərə haqqında geniş bilgi üçün imkan yaradır.
Qeyd edək ki, 1-sayli regional ekologiya və təbii sərvətlər idarəsinin yerləşdiyi ünvan Lənkəran şəhəridir. Əraziyə Lənkəran şəhəri, Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları daxildir. Gördüyünüz kimi ərazi olduqca böyükdür. Müdir Əlzamin müəllim haqqında bildirirlər ki, park müdiri ilə şərikli biznes yaradıblar. Belə ki, Əlzamin müəllim və Aqil Sucayevin qeyd edilən rayonlarda xeyli sayda taxta emalı sexlərinin olduğu bildirilir. Onlar əldə olunan gəliri bölürlər. Hər ay nazirliyin haqqı çatdırıldığı üçün olunan şikayətlər heç bir nəticə vermir. Hüquq-mühafizə orqanlarının da bu işlərdən xəbəri var. Sadəcə haqqı çatdığı üçün onlara toxunmurlar. Şikayətçilər bir daha nazır Muxtar Babayev cənablarından bu qanunsuzluqların qarşısının alınmasını tələb edirlər.

Mövzunu diqqətdə saxlayacağıq.

Elçin İsmayıllı.

Hirkan milli parkında yaşıllıqların soyqırımı - FOTOLAR+VİDEO

Abunəlik