Azərbaycan qırıcıları Türkiyəyə uçacaq

Baxılıb:141
Azərbaycan qırıcıları Türkiyəyə uçacaq

Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi iyun ayının 21-də başlayacaq.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, gedişi və mərhələlər üzrə icra olunan tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib.

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarələri iştirak edəcək.


Abunəlik