Mənim tərcihim yalnız ATU-“Stomatoloji Klinikası”dır!

Baxılıb:1223
Mənim tərcihim yalnız  ATU-“Stomatoloji  Klinikası”dır!

“Azərbaycan İnformasiya Agentliyi” xəbər verir ki, Bu gün Azərbaycanda 17 iyun Səhiyyə İşçilərinin peşə bayramıdır.
Azərbaycan tarixində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunmuşdu. İlk səhiyyə nazirimiz Xudadat bəy Rəfibəyli idi.Elə həmin gündən yəni- Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunmağa başlamışdı.

Bəli, bu gün ölkəmizdə hər bir klinikanın uğurlu olması üçün bir neçə əsas amil mühüm rol oynayır. Bunlardan biri həkimlərin peşəkarlığı, digəri isə istifadə olunan avadanlıq və texnologiyalardır. Azərbaycan Tibb Universitetinin Tədris “Stomatoloji Klinikası”nda məhz bu iki amilin birləşməsinin nəticəsidir ki, bu klinika, Azərbaycanda ən yaxşı peşəkar klinika sayılır.

Çox təəssüf hiss ilə bildirirəm ki, Azərbaycanda pulu deyil, insanların sağlamlığının qorunmasını əsas tutan çox az sayda həkimlərimiz var.
Əziz oxucularımız, bu gün sizlərə Səhiyyəmizin daha bir dəyərli oğlu, xeyirxah əməlləri ilə tanınan Azərbaycan Tibb Universitetinin Tədris “Stomatoloji Klinikası”nın direktoru Mahir Əlisa oğlu Səfərov haqqında məlumat vermək istəyirəm. Bunları yazmaqda məqsədim Mahir doktoru reklam etmək deyil.O, reklama ehtiyyacı olmayan, tibbin banisi Hippokrat andını şərəflə yerinə yetirən bir Uzman Doktordur!..

Müsahibim peşəsini və pasientlərini çox sevdiyindən, canının sağlığıyla dövlətə və xalqına hər zaman sədaqətlə xidmət etməyi, bu peşəni çiyinlərində olduğu kimi şərəflə, sevgiylə daşımağı özünə mənəvi borc bilir.

Mən onunla qürur duyduğum, fəxr etdiyim üçün yazıram…Düşünürəm ki, Ölkəmizin belə oğulları ilə hamımız fəxr etməliyik..
Mütləq qeyd etməliyəm ki, Mahir doktor tam təmannasız, yanına gələn xəstələrinə göydə Allahın izniylə yerdə qızıl əllərinin köməyi ilə şəfa verib.
Hər ağızda bir xeyir dua var deyirlər, Allah o xəstələrin doktorumuza verdiyi xeyir duanı qəbul etsin…

Mən bu klinikanın xəstələrə göstərdiyi yüksək səviyyəli xidmətin canlı şahidiyəm.
Belə ki, təmizliyə yüksək dərəcədə həssas olduğum üçün tibb mərkəzlərində buna xüsusi diqqət yetirirəm. Diş müalicəsi zamanı şiddətli ağrı hiss edərdim. ATU-“Stomatoloji Klinikası”na müraciət etdikdən sonra diş problemlərimin hamısını həll etmiş oldum.Mən eyni zamanda Klinikadakı təmizlikdən əlavə mükəmməl servislə də qarşılaşdım.

Bunu xüsusi qeyd edim ki, Klinikada öz peşələri üzrə vicdanla fəaliyyət göstərən Ramin Vahid oğlu Piriyevin əməliyyatı və Ramil Nazim oğlu Əliyevin müalicəsi zamanı ağrılarla qarşılaşmamağımın səbəbi isə Klinikadakı stomatoloqların professionallığı və son texnologiyadan istifadə etməsi idi. Bəli, Stomatoloqlar çoxdur, dişlər azdır. Hər iki stomatoloq haqqında şişirdilməmiş cümlələrlə fikir bildirəcəm.

Mükəmməl insan, savadlı və vicdanlı həkimlər, xəstəsinə sayğı və istiqanlılıqla və xoş gülərüzlə yanaşan ona öz yaxını kimi diqqət göstərən böyük hərflə HƏKİM-STOMATOLOQ adına layiq olan dahi şəxsiyyətdirlər. Bütün həkimlərə hörmətim böyükdür, lakin heç bir stomatoloq məndən inciməsin tanıdğım ən mükəmməl stomatoloqlar Ramin və Ramil həkimlərdir. Özüm müraciət etdiyim bu adları çəkilən bütün həkimlər yüksək qayğı və diqqətlərini dərin biliklərini məndən əsirgəmədilər. Mən çox şadam ki, Sizləri tanımışam.

Və sonda hər iki stomatoloq olmaqla ATU-“Stomatoloji Klinikası”nın bütün stomatoloq heyətinə uğurlar arzulayır, peşə bayramlarını təbrik edirəm.
İnanmıram ki, bundan sonra dişlərimdə bir problem olsa başqa bir diş klinikasına müraciət edim. Mənim tərcihim yalnız ATU-“Stomatoloji Klinikası”dır!

Əminliklə deyirəm,yalnız bu tibb ocağında təcrübəli həkim-stomatoloqlar çalışır. Müasir plomb materialları, yüksək səviyyəli cərrahiyyə və ortopedik xidmət, ucuz və keyfiyyətli iş xəstələrimizin xidmətindədir. Əsas məqsədləri isə vətəndaşlara yüksək stomatoloji xidmət göstərməklə yanaşı, heç bir gigiyenik şəraiti olmayan diş kabinetlərinin fəaliyyətinə qarşı mübarizə aparmaqdır.

Bəli, Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir.
Biz də “Azərbaycan İnformasiya Agentliyi”nin rəhbərliyi adından Azərbaycan Tibb Universitetinin Tədris “Stomatoloji Klinikası”nın direktoru Mahir Əlisa oğlu Səfərovu 17 iyun Səhiyyə İşçilərinin peşə bayramı münasibətilə təbrik edir, Azərbaycan Səhiyyəsinin inkişafında təqdirəlayiq fəaliyyətini alqışlayırıq.

İlk növbədə özünə, ailə üzvlərinə uzun ömür, möhkəm cansağlığı xoşbəxtlik, əmin-amanlıq arzulayır və çox şərəfli və fədakar fəaliyyətinizdə uğurlar diləyirik!
Mən bir daha Sağalmağım üçün qayğıma qalan, bilik və bacarıqlarını əsirgəməyən xilaskarıma deyirəm.

Tanrı sizi qorusun Mahir DOKTOR!

SİZƏ BİR HƏYAT BORCLUYAM!

Aybəniz Füzuliqızı Abdulova,
“Azərbaycan İnformasiya Agentliyi”nin
Xüsusi müxbiri.


Abunəlik