Şəhidimizi tanıyaq-FOTOLAR

Baxılıb:828
Şəhidimizi tanıyaq-FOTOLAR

Şəhidlik şərəf, qeyrət zirvəsidir, o zirvədə duranlardan biridə Göyçaylı şəhidimiz Ömərli Kənan Elxan. oğludur. 14 iyun 2021 ci il tarixində Ağdam rayonunda şəhidimiz Ömərli Kənanın xatirəsinə həsr olunmuş anım günü keçirildi.
Tədbirdən öncə Göyçaydan gedən Şəhidin valideyinləri və Göyçay.info.az Nar Tv-nin baş redaktoru və Göyçay qəzetinin əməkdaşı Gülşən Muradova Ağdam rayon Quzanlı qəsəbəsi Şəhidlər Xiyabanın ziyarət edərək, 1 dəqiqəlik sükutla şəhidlərin xatirəsin yad edib, qəbirləri üstünə gül düzüblər.
Sonra görüş iştirakçıları Alıbəyli kənd Şəhid Əhməd Allahverdiyev adına tam orta məktəbin həyətində baş tutdu. tədbirdə şəhid ailələri qaziləri iştirak edirdi.

Görüşü giriş sözü ilə açan Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdürü və ehtiyyatıda olan palkovnik Xaliq Hüseynov qonaqları salamaladı və Ağdamlı könüllü əsgər-şəhid Hassan Xalid Mahmud oğlunun anası Maya Quliyeva qonaqları salamlayaraq, dəvətlərini qəbul edib,gəldikləri üçün öz təşəkürlərini bildirdi.

Kənanın səfərbərlik zamanı xidmət etdiyi N saylı Hərbi Hissənin komandiri Xoşbəxt Mahmudov 44 günlük müharbə zamanı baş verən və Kənanla bağlı xatirələrini danışaraq qeyd etdi ki, 27 sentyabr 2020 ci ildə mənim tabeçiliyimə 93 əsgər verilmişdi. Onlardan yalnız biri Ömərli Kənan şəhid oldu.

Sonra söz Şəhidin anası Məhluqə anaya verildi. Ana öz adından ailəsi adından hər kəsə təşəkürünü bildirərək, nə qədər çətin olsada, Kənanın uşaqlıq və gənclik xatirələrindən danışdı.
Sonra söz Gülşən xanıma verildi, oda öz növbəsində təbdirin təşkili üçün hər kəsə təşəkür etdi.

Görüşün sonunda şəhidin səfərbərliyə qoşulduğu zaman hərbi formasını aldıqdan sonra,bizə yadigar qalan geyimləri və əşyaları ailəyə təhfil verildi.
Qeyd edək ki, Kənan Ömərli 1999-cu il martın 8-də Göyçay rayonu Cəyirli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Kənan Ömərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Kənan Ömərli oktyabrın 6-da şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Ömərli ölümündən sonra “Vətən uğrunda” ”Ağdamın azad olması uğrunda” medalları ilə təltif edildi.

Gülşən Muradova AzTimes.az


Abunəlik