Azərbaycanda dəhşətli qəzanı törədən iş adamının sərxoş kürəkəni həbs edildi – YENİLƏNİB + FOTO

Baxılıb:225
Azərbaycanda dəhşətli qəzanı törədən iş adamının sərxoş kürəkəni həbs edildi – YENİLƏNİB + FOTO

Daxili İşlər Nazirliyi (DİN) Novxanı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı aparılan araşdırmanın nəticəsini açıqlayıb. 

DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında deyib ki, qəzanı törədən “Range Rover” markalı 10-CO-002 dövlət qeydiyyat nişanlı avtomobili Ələsgər Əliyevin idarə etməsi ilə məsələ ilkin məlumat olub:

“Faktla bağlı araşdırmalar zamanı məlum olub ki, avtomobili Elşad Kərbalayev sürüb və həmin zaman sərxoş vəziyyətdə olub. Hazırda Elşad Kəlbalayev istintaqa cəlb edilərək həbs olunub”.

11:56

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Novxanı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı açıqlama verilib.

DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında deyib ki, hadisə iyunun 14-ü gecə saat 01:00 radələrində Novxanı bağlar ərazisində qeydə alınıb:

“Abşeron rayon sakini Ələsgər Əliyevin idarə etdiyi “Range Rover” markalı 10-CO-002 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil toqquşub. 

Nəticədə “Daewoo Damas”ın sürücüsü M.Ziyadov və sərnişinləri paytaxt sakinləri – Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

“Range Rover”in sürücüsü Ələsgər Əliyev və avtomobilin sahibi, sərnişin Elşad Kərbalayev xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi Rayon Polis İdarəsinə gətiriblər. Hazırda araşdırma aparılır”.

09:00

Novxanı-Sumqayıt yolunda “Range Rover” markalı avtomobil qəza törədib.

APA xəbər verir ki, “Spring” hotelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan üç nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, o, hadisə zamanı sərxoş olub.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.


Abunəlik