Füzuli ərazisində aparılan təbiət genosidinə kim fətva verib?-VİDEO

Baxılıb:255
Füzuli ərazisində aparılan təbiət genosidinə kim fətva verib?-VİDEO

Füzuli rayonunun Qarabağ kəndi adlanan ərazisində heç bir icazə olmadan “”Zəfər yolu” nün çəkilişinə məlzəmə daşıyırıq ” bəhanəsi ilə AAY-un ekologiyaya genosid davam edir. Ancaq çox yox, bir neçə km irəlilədikdə məlum olur ki, daşınan material “Zəfər yolu”nə yox, elə kəndin yolunun çəkilişinə sərf edilir. Bu da şirkətin daha bir qanunsuz əməli. Qət edilən yol çox yazılır, maxinasiya edilir.
Çəkilişdən dərhal sonra texnika tələm tələsik ərazidən çıxarılır.
Ərazidə çəkiliş apardıqdan sonra ETSN-nin regional bölməsinə sorğumuza cavab olaraq məsələdən bixəbər olduğunu bildirən Elnur bəy əraziyə nümayəndə göndərərək araşdırma başladacağını bildirdi. Çox maraqlıdır,yarpağın ağacdan düşməsindən belə xəbərdar olan rəhbərlik necə olub ki, bu məqamlardan xəbərsizdir? Buna inanmaq çətindir…
Ümidvarıq ki, aidiyyatı qurumlar məsələyə reaksiya bildirə.


Abunəlik