FHN-nin əməkdaşı saxta qazilərlə Xırdalandakı qanunsuz tikilidə çəkiliş etmək istəyən jurnalistlərə hücum etdi

Baxılıb:449
FHN-nin əməkdaşı saxta qazilərlə Xırdalandakı qanunsuz tikilidə çəkiliş etmək istəyən jurnalistlərə hücum etdi
Məlum olduğu kimi, Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olub. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirib. AzTimes.az xəbər verir ki, şikayətləri nəzərə alaraq Xəzər TV, İTV və Baku Tv-nin əməkdaşları sözügedən əraziyə gediblər. Daha sonra qanunsuz tikintinin aparıldığı əraziyə gələn dünya və Avropa çempionu, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsində baş mütəxəssisi Araz Musayev çəkiliş qrupunu hədələyib. İdmançı jurnalistləri tikintinin olduğu əraziyə hücum etməklə, rüşvət almaqda şərləyib. Hətta A.Musayev saxta yola əl atıb. Belə ki, idmançı Birinci Qarabağ müharibəsi Qazilərinin adından sui-istifadə edərək saxta qaziləri həmin əraziyə gətirərək jurnalistləri hədələyib. “Qarabağ qaziləri” ictimai birliyi isə rəsmi açıqlama yayaraq oraya gələn şəxslərin qazi olmadığını təsdiqləyib. Birlik bu kimi halları, qanusuzluqları pislədiyini bəyan edib. Nəzərə çatdıraq ki, tikinti Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın imzaladığı sərəncama uyğun həyata keçirilmədiyi üçün FHN əməkdaşları işi dayandırıb. Qeyd edək ki, həmin ərazidə eni və uzunluğu 10×12, hündürlüyü də 12 metri keçməmək şərtiylə yaşayış evi üçün icazə verilib. Məlumat üçün bildirək ki, qanunsuz tikiliyə himayədarlığı Araz Musayev həyata keçirdiyi üçün bu yola atır. https://www.facebook.com/arazmusayevfurgan/videos/468815524212751/ ölkə.az

Abunəlik