” Milli Hüquq Evi” ndə ödənişsiz təlimlər keçiriləcək
AzTimes.az xəbər verir ki, Hüquqşünaslar Qrupu olaraq Ödənişsiz hüquqi yardım məqsədi ilə 21.09.2019-cu il tarixdə saat 14:00-da Milli Hüquq Evində hüquqşünaslar, hüquq fakultələrinin tələbələri və bütün vətəndaşlarımız üçün “Ailə Hüququ”, “Ailə-Nikah mübahisələri” mövzusunda ödənişsiz təlim keçiriləcək, bütün suallar cavablandırılacaq, vətəndaşlara lazımi istiqamətlər veriləcək!
Hər kəs dəvətlidir!
Məlumat üçün bildiririk ki, hər həftənin şənbə günü cəmiyyəti narahat edən mövzular üzrə təlimlər keçiriləcək. Bizi izləyin!
Təlimçilər: Rəhim Abıyev və Nicat Gözəlovdur.
Nəzərinizə çatdıraq ki, təlim məkanı: Milli Hüquq evidir.
28.09.2019-cu il tarixdə saat 14:00-da baş tutacaq təlimin mövzusu “İstehlakçıların Hüquqları” olacaqdır.
Dəvətlisiniz!
Təlimlərin mövzuları ilə bağlı təkliflərinizi Rəhim bəyə (#AzeSKRəhim) ünvanlaya bilərsiniz!
Təki Siz hüquqlarınızı bilin və Hüquqi Cəmiyyətin qurulmasında yardımçı olun!
AzTimes.az