DİN İmişlidə baş verən insidentlə bağlı AÇIQLAMA VERDİ

Baxılıb:582
DİN İmişlidə baş verən insidentlə bağlı AÇIQLAMA VERDİ

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov AzTimes.az-a açıqlamasında bildirib:

“Bu gün bir qrup İmişli sakini sosial problemləri ilə bağlı fikirlərini bildirmək məqsədi ilə şəhərin mərkəzinə toplaşıb. İmişli RPŞ əməkdaşları onlarla müvafiq söhbətlər apardıqdan sonra vətəndaşlar icra hakimiyyətinə dəvət edilərək şikayətləri dinlənilib. Hadisə zamanı vətəndaşlar və polis arasında heç bir qarşıdurma yaranmayıb.”


Abunəlik