Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb
Son 24 saat ərzində Türkiyədə koronavirusdan 122 nəfər vəfat edib.
“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, mayın son günündə yoxlanış məqsədilə götürülən 219 461 testdən 6493-ü müsbət çıxıb.
Sutka ərzində 9582 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 5 114 624 nəfərə yüksəlib.
Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 1339 nəfərdir.