Bakıda”Range Rover” binanın divarına çırpıldı

Baxılıb:191
Bakıda”Range Rover” binanın divarına çırpıldı

Bakının Nəsimi rayonunda 2 avtomobil toqquşub.

Qəza Abbasqulu ağa Bakıxanov və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.

Yol kəsişməsində “Range Rover” yüksək sürətlə “Lada Priora” markalı minik avtomobilinə çırpılıb.

Zərbənin gücündən “Range Rover” yol kənarındakı binanın divarına və işıq dirəyinə dəyib.

Hadisə nəticəsində “Range Rover”də olan bir nəfər xəsarət alıb, avtomobillərə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır./BAKU.WS
VİDEO


Abunəlik