Azərbaycanda ləğv edilən qadağalar – SİYAHI
Bu gün Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı növbəti qərarlar elan edilib.
Oxu.Az xəbər verir ki, yumşaldılmaların bəziləri 2021-ci ilin mayın 31-dən və bəziləri isə iyunun 10-dan etibarən qüvvəyə minəcək.
Mayın 31-dən etibarən:
– Açıq havada maska qadağası ləğv edilir;
– Metro açılır;
– Rayonlara və şəhərlərə avtobusların fəaliyyəti bərpa edilir.
10 iyundan etibarən:
– Məscidlər açılır;
– İdman zalları açılır;
– Çimərliklər açılır;
– Mall-lar açılır.