Bərdədə 10-a yaxın obyektin ziyan gördüyü güclü yanğın söndürüldü – YENİLƏNİB+FOTO/VİDEO

Baxılıb:185
Bərdədə 10-a yaxın obyektin ziyan gördüyü güclü yanğın söndürüldü – YENİLƏNİB+FOTO/VİDEO

Bərdədə çay evində başlayan yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Yanğından Mühafizə Xidməti əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

19:55

Bərdədə Çay sahili küçəsində güclü yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hazırda davam edən yanğın nəticəsində 10-a yaxın obyekt yanıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

Yanğının çay evindən başladığı bildirilir.

Hadisə yerinə rayon icra hakimiyyəti başçısı Vidadi İsayev də gəlib.


Abunəlik