“Avroviziya 2021” uşaq mahnı müsabiqəsinin vaxtı və məkanı açıqlandı

Baxılıb:136
“Avroviziya 2021” uşaq mahnı müsabiqəsinin vaxtı və məkanı açıqlandı

“Avroviziya 2021” uşaq mahnı müsabiqəsinin keçiriləcəyi məkan və zaman dəqiqləşib. Yarışmanın təşkilatçıları tədbirin dekabrın 19-da baş tutacağını bildiriblər.

Bu barədə müsabiqənin rəsmi “Twitter” səhifəsindən məlumat verilib.

Məlumata əsasən, builki uşaq “Avroviziya”sı Parisdəki “Musiqili Sena” filarmoniyasının meydançasında keçiriləcək.

Yarışma ölkənin “France” ictimai teleşirkəti tərəfindən yayımlanacaq.


Abunəlik