Bakıda polisin sevgilisini öldürməsi və özünü güllələməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

Baxılıb:144
Bakıda polisin sevgilisini öldürməsi və özünü güllələməsi ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

Bu gün günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı tabel silahından atəş açaraq qətlə yetirib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, cinayət qısqanclıq zəminində baş verib. H.Osmanov tanışını qətlə yetirdikdən sonra intihar etməyə cəhd edib.

H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. 

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

Könül Cəfərli

14:48

Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla öldürüb. 

Aztimes.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında, Yasamal rayonu ərazisində qeydə alınıb. 

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən adlı təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib. Daha sonra həmin silahla özünü güllələyərək intihar edib. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. 


Abunəlik