Dünyanın ən böyük aysberqi Antarktidadan ayrıldı – FOTO

Baxılıb:148
Dünyanın ən böyük aysberqi Antarktidadan ayrıldı – FOTO

Dünyanın ən böyük aysberqi Antarktidadan ayrılıb.

Bu barədə dünyanın müşahidə peyki “Sentinel-1”-dən alınan məlumatlarda qeyd edilir.

Avropa Kosmik Agentliyinin (ESA) saytında yer alan məlumata görə, buz örtüyünün sahəsi təxminən 4 320 kvadrat kilometrə çatır. O, İspaniyanın Mayorka adasından bir qədər böyükdür.

Alimlər “A-76” olaraq təyin olunan aysberqin 170 kilometr uzunluğunda və 25 kilometr enində olduğunu qeyd ediblər. O, Antarktidadakı Ronne Buz Şelfinin qərb ucundan qopub və indi Ueddell dənizindədir.

Əvvəlki rekord 3 880 kvadrat kilometr ətrafında qeydə alınıb. “A-32A” adlanan obyekt də Ueddell dənizi ərazisindədir.


Abunəlik