Bakıda dəhşət: Qısqanc ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı

Baxılıb:154
Bakıda dəhşət: Qısqanc ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı

Sabunçu rayonunda ailə münaqişəsi zəminində dəhşətli hadisə baş verib.

AzTimes.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 38 yaşlı Rasim Əhmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Aynurə Məmmədzadənin Maştağa qəsəbəsində yaşadığı evinə gedib. Orada mübahisə edən keçmiş cütlüyün davası cinayətlə yekunlaşıb. R. Əhmədov keçmiş arvadının üzərinə benzin tökərək onu diri-diri yandırıb.

Yanıq xəsarətləri alan A. Məmmədzadə xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas edə biliblər.

R. Əhmədov Aynurəni qısqanclıq zəminində yandırdığını deyib. Faktla bağlı araşdırma aparılır.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir