Abşeronda etiraz:” Vətəndaşlar Güzdək bələdiyyəsinə daxil oldular-VİDEO

Baxılıb:1014
Abşeronda etiraz:” Vətəndaşlar Güzdək bələdiyyəsinə daxil oldular-VİDEO


AzTimes.az xəbər verir ki,hadisə ötən gün Abşeron rayonunun tabeliyində olan Aşağı Güzdək ,Quşçuluq adlanan ərazidə baş verib. Uzun illərdir burada məskunlaşan sakinlər onlara diqqətin ayrılmamasını, sanki bu ölkədə sürgün həyatı yaşadıqlarını deyirlər. Ərazidən keçən elektrik xətləri xustar üsulda çəkilib. Azyaşlıların həyatı demək olar ki, ipdən asılıdır. Yollar bərbad gündədir. Ərazidə təbii qaz yoxdur. Odun və su pulla alınır. Yolların bərbad vəziyyətdə olması xüsusilə körpə fidanların məktəbə gediş -gəlisini faciəyə çevirib. Vətəndaşlar iddia edir ki, onar bələdiyyə sədrini və nümayəndələrini ancaq ərazidə kimsə yeni tikili tikərkən “şirinlik” almağa gələrkən görürlər. Ətraflı videoda:


Abunəlik