Azərbaycanda son sutkada 12 nəfər koronavirusdan ölüb – FOTO
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 331 040 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 317 609 nəfər müalicə olunaraq sağalıb, 4 814 nəfər vəfat edib.
Aktiv xəstə sayı isə 8617 nəfər olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 568, bu günə qədər isə ümumilikdə 3 414 614 test icra olunub.