Elektrikli çaydan seçirik və detallara diqqət yetiririk – FOTO

Baxılıb:131
Elektrikli çaydan seçirik və detallara diqqət yetiririk – FOTO

Elektrikli çaydan seçimində çətin nə ola bilər ki? O, yalnız suyu qaynatmalıdır. Lakin, hər şey xırda detallardan asılıdır. Yalnız görünüşə baxıb qiyməti müqayisə edirsinizsə, qısa bir zamanda məyus ola bilərsiniz. Plastik keyfiyyətsiz, “ağıllı funksiyalar” isə lazımsız ola, isidici də yarım ilin içində paslana bilər. Umico Market sizə alış-verişdən sonra yalnız suyu qaynadanda yadınıza düşən elektrikli çaydanı neçə seçim etmək lazım olduğundan danışacaq.

Vacib detallar

1. Görünüş və korpusun materialı

Çaydanın materialının mənfi və müsbət cəhətlərini başa düşmək vacibdir ki, sonra ağ çaydanın saralması, metal tutacaqların isinməsi, şüşə çaydanın 3 dəfə artıq yuyulmağa ehtiyacı və keramik çaydanın zərifliyi sizi təəccübləndirməsin. Beləliklə, çaydanların hazırlandığı materiallar bunlardır:

Plastik: Çaydanların çoxu məhz plastikdən hazırlanır, onların qiymətləri daha münasib, həmçinin yüngül, möhkəm və uzunömürlü olurlar. Belə praktik çaydan axtarışındasınızsa, plastik çaydan seçin. Lakin, materialın keyfiyyətinə diqqət yetirin. Birincisi, plastik yüksək temperaturlara reaksiya verir, keyfiyyətsiz materialdan olan müəyyən vaxtdan sonra çatlaya və ya sızıntı verə bilər. İkincisi, aşağı keyfiyyətli plastikin içində qaynayan su fenol qoxusu verir.

Belə suyu içmək həm xoşagəlməzdir, həm də ziyanlıdır. Keyfiyyətli plastiki necə seçmək olar?

Keyfiyyət mütləq məşhur brendlərin çaydanlarında olacaq. Əlavə olaraq isə vurğulayaq ki, təhlükəsizlik sertifikatını mütləq yoxlayın.

Klassik elektrikli çaydan haqqında düşünəndə məhz belə bir modeli təsəvvür edirik: Ağ plastik korpuslu və lüləkli. Bu əlverişli model kifayət qədər sadədir, lakin, əsas funksiyası olan su qaynatmağın öhdəsindən gəlir. Vacib odur ki, plastikin keyfiyyəti yaxşıdır və içkinizdə xoşagəlməz dad olmayacaq.

Metal: Bu da plastik kimi bir klassikadır. Uzunömürlü çaydan seçirsinizsə, metaldan olanı götürün. Paslanmayan polad möhkəm və etibarlıdır, nə yüksək temperaturdan, nə də nəmlikdən qorxmur və əlbəttə ki, çatlamır. Lakin, metal çaydanların öz qüsurları var. Onlar tez çirklənir: səthdə əl izləri qalacaq və bu, qaçılmazdır.

Şüşə: Ən ekoloji elektrikli çaydanlar şüşədən olanlardır. Hətta illər sonra belə şüşə qaynadılan suyun tərkibindəki maddələrlə reaksiyaya girmir. Bu material bir müddət əvvəl istifadə edilməyə başlayıb və standart çaydan dizaynına yeni nəfəs qatıb. Şüşə korpusuna led-işıqlandırma əlavə olunduqda isə lap gözəl görüntü alınır.

Keramika: Dəbə yeni minib, lakin, keçmişdə istifadə olunan çaydanlara oxşayır. Ona görə, hər interyerə uyğun gəlməz. Keramikanın əsas üstünlüklərindən başlayaq: İstiliyi yaxşı saxlayır və heç bir dad vermir. Digər tərəfi isə odur ki, keramika zərifdir, onunla astaca davranmaq lazımdır (mətbəxdə bu hər zaman alınmır).

2. Güc

Asanlıqla anlaşılan göstəricidir, o, suyun nə qədər tez qaynamasını təyin edir. Standart güc – 2200-2400 V-dur. Belə çaydan sayılı dəqiqələr içində 1,5-1,7 litr suyu 100 dərəcə temperatura çatdıracaq. Suyun ani qaynamasını istəyirsinizsə, daha güclü çaydan axtarın, misal üçün, 3000 V. Lakin, nəzərə alın ki, ev elektrik şəbəkəyə olan yüklənmə bu halda artacaq, elektrik enerji sərfiyyatı artacaq, belə çaydanların qiyməti də daha bahadır.

3. İsidici

O, iki cür olur: Açıq və bağlı. Açıqlar – adi spiraldır, çaydanın dibində yerləşir. Spiralın əsas üstünlüyü onun aşağı qiymətidir. Digər cəhətləri: Spiralda ərp yaranır, onu təmizləmək isə mümkün deyil. Ərpli spiral suyu gec qaynadır və onun dadını dəyişir. Disk formasında olan isidicilər istifadədə qat-qat yaxşıdır. Asanlıqla təmizlənir, suyu daha tez qaynadır, sakit işləyir, lakin, daha bahadırlar.

4. Filtr

O, çıxarılan və çıxarılmayan ola bilər. Çıxarılan daha yaxşıdır, çünki onu təmizləmək rahatdır və hətta lazım olduğu halda dəyişilə də bilər. Yaxşı elektrikli çaydanlarda sadə filtrlər quraşdırılıb, onlar zamanla yaranan ərpi buraxmır.

5. Əlavə funksiyalar – “ağıllı” və faydalı

“Ağıllı” xüsusiyyətlər bütün məişət texnikasında meydana gəlir, çaydanlar da istisna deyil. Müasir modellər suyun qaynadılmasından əlavə olaraq digər müxtəlif funksiyaları da yerinə yetirir. Bunlar sizə lazımdır yoxsa yox? – sualına cavabı isə siz özünüz tapmalısınız.

Yaxşı elektrikli çaydanı seçmək üçün sizin üçün “yaxşı”nın nə olduğunu təyin edin, qüsurlarına isə göz yuma bilərsiniz. Sərfəli və etibarlı çaydan lazımdırsa, məşhur brendin plastik olanını seçin. Belə istehsalçılar xoşagəlməz dad verməyən yaxşı materiallardan istifadə edir. Ömürlük çaydan istəyirsinizsə, seçiminiz metal korpuslu çaydan ola bilər. Onlar arasında xeyli müxtəlif qiymətlərdə modellər var amma bundan fərqi bir çoxunun korpusu çox isinir. Ekoloji variant axtarırsınızsa, bu, şüşə elektrikli çaydanlardır. Ağıllı texnologiyaları sevirsinizsə, smartfondan idarə olunan çaydana üstünlük verə bilərsiniz.


Abunəlik