Redaktor təhlükəsizliyinin təminatı üçün polisə müraciət etməli oldu

Baxılıb:155
Redaktor təhlükəsizliyinin təminatı üçün polisə müraciət etməli oldu

AzTimes.az xəbər verir ki, azərbaycanrealligi.com xəbər saytının redaktoru Rəşad Borcəliyev”İnstagram”sosial şəbəkəsində Dövlət qeydiyyat nömrəsi 90-RB-443 olan 57 saylı sərnişin avtobusunun sürücüsu tərəfindən hədələnib və təhqir edilib.Hadisəyə səbəb isə bir neçə gün bundan öncə Rəşad Borcəliyevin yuxarıda adı çəkilən sərnişin avtobusunda sürücünün təhlukəsizlik qaydalarını pozması,sərnişinlərin həyatına məhəl qoymadan avtobus gedə-gedə sükanı buraxaraq telefonla qurdalanmasına irad tutması və məsələni “Facebook”sosial şəbəkəsində ictimailəşdirməsi olub.Jurnalist ona qarşı olunan hədə qorxu və təhqirlərə görə  polisə müraciət edib. Hal-hazırda araşdırma aparılır.

Qeyd edək ki. bu artıq Bakı şəhərinin nəqliyyat xəttlərində baş verən neçənci hadisədir. BNA-nin səriştəsiz iş prinsipi və nəzarət mexanizminin zəif olması 100 minlərlə paytaxt sakinin həyatını təhlükə altında qoyur.

AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir