Xalq artisti Arif Quliyevlə evində vida mərasimi keçirilir-YENİLƏNİB
Müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın Xalq artisti Arif Quliyevin nəşi ailəsinə təhvil verilib.
Aztimes.az “report”a istinadla xəbər verir ki, mərhumun cənazəsi yaşadığı evə gətirilib.
Hazırda binanın həyətində A.Quliyevlə vida mərasimi keçirilir.
Mərasimdə mərhumun ailə üzvləri, sənət yoldaşları iştirak edirlər.
Xatırladaq ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.
***01:13
Xalq artisti Arif Quliyev vəfat edib.
Aztimes.az xəbər verir ki, bu barədə APA-ya aktyorun oğlu Rövşən Quliyev məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxan Xalq artisti “Yeni Klinika”da müalicə olunurdu.
Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı.
Allah rəhmət eləsin!