Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakıda bəzi yollar təmirə bağlanır – RƏSMİ

Baxılıb:125
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakıda bəzi yollar təmirə bağlanır – RƏSMİ

May ayının 7-dən etibarən paytaxtın bəzi yolları təmirə bağlanır. 

Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən “Mərkəzi Park” layihəsinin ikinci mərhələsinin tikintisi və parkətrafı küçələrin bir hissəsinin yenidən qurulması məqsədilə Bəşir Səfəroğlu küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsi yenidənqurma işlərinə bağlanır.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


Abunəlik