Özünü prezident aparatının əməkdaşı kimi təqdim edən qadın vətəndaşın 14 min manatını mənimsədi-FOTOLAR

Baxılıb:607
Özünü prezident aparatının əməkdaşı kimi təqdim edən qadın vətəndaşın 14 min manatını mənimsədi-FOTOLAR

Bir müddət öncə AzTimes.az saytına məktubla müraciət edən Namiq Vəliyev adlı vətəndaş bildirib ki, onunla Facebook sosial şəbəkəsində tanış olaraq özünü Leyli kimi təqdim edən xanım Prezident administrasiyasının əməkdaşı olduğunu bildirib. Bir müddət sözügedən vətəndaşla intim söhbətlər edən qadın N. Vəliyevi çox güclü əlaqələrinin olduğunu, bir çox qurumlarda dostlarının çalışdığına inandıraraq onun qardaşını işlə təmin edəcəyinə, sertifikat alacağına, özünə isə sosial binalardan ev təşkil edəcəyinə inandiraraq, müxtəlif vaxtlarda 3400 azn,2500 dollar, 2600 AZN məbləğində ödənişlər etməsini tələb etmiş , pulları götürmək üçün sürücüsü kimi təqdim etdiyi Nahid Vəliyevi yollayaraq pulu onun vasitəsi ilə almışdır. İşin alınmamasından şübhələnməsin deyə Namiq Vəliyevin qardaşı Ramil Vəliyevə tanışı olan qadına zəng etdirib. Qadın özünü məsul şəxs kimi təqdim etmiş və onun sertifikasiyadan keçirmək üçün hər an zəng gələ biləcəyi səbəbindən telefonunu açıq qoymasını tövsiyyə etmişdir.
Vaxtın uzandığını görərək aldadıldığını anlayan N. Vəliyev pullarını geri tələb etdikdə özünü Leyli kimi təqdim edən,əsl adı isə Tərlan Əliyeva olan şəkildə gördüyünüz bu qadın N.Vəliyevə Türkiyədə olduğunu, atasının vəfat etməsi üzündən onun mesaj qutusuna köməkçisinin baxacağını bildirib.Bir müddət vətəndaşla köməkçisinin adından yazaraq vaxt qazanmışdır
Daha sonra guya Bakıya qayıtdığını,atasının xəstə olduğunu Kapital bank hesabında külli miqdarda pulu olduğunu, amma bankın limit qoyduğu üçün yetərli məbləği çəkməkdə problemlər yarandığını deyərək müxtəlif bəhanələr gətirmişdir.
Bu dələduz dəstənin əməllərindən əziyyət çəkən vətəndaşlara tövsiyyə olunur ki, hüquq-muhavizə orqanlarına dərhal müraciət etsinlər.

Arazxeber


Abunəlik