XİN-də yeni idarələr yaradıldı – SİYAHI
Xarici İşlər Nazirliyinin (XİN) strukturuna daxil olan idarələrin sayı artırılıb.
Bu barədə Aztimes.Az XİN-in saytına istinadən xəbər verir.
Yeni təyin edilən nazir müavini Elnur Məmmədovun kurasiyasında olan idarələr müəyyənləşib.
Onlar aşağıdakılardır:
– Amerika idarəsi;
– Asiya İdarəsi;
– UNESCO üzrə Azərbaycan Respublikasının Daimi Katibliyi;
– Ümumi Katiblik;
– Linqvistik təminat idarəsi;
– Arxiv İdarəsi;
– İşlər İdarəsi;
– Xüsusi şöbə.
Qeyd edək ki, bu il aprelin 30-da Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin edilib.