Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkimlər etiraz aksiyası keçirir? – AÇIQLAMA

Baxılıb:116
Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkimlər etiraz aksiyası keçirir? – AÇIQLAMA

Şəmkirdə tibb işçiləri əməkhaqlarına əlavələrin ödənilməməsinə etiraz ediblər.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Söhbət Şəmkir Mərkəzi Rayon Xəstəxanasından gedir. 

Belə ki, xəstəxananın tibb işçiləri onlara ödənilməli olan əlavələrin kəsildiyini və bunun hansı səbəbdən baş verdiyini bilmədiklərini iddia edirlər. Onlar məsələnin həll olunmayacağı təqdirdə işə çıxmayacaqları və yolu bağlayacaqlarını deyiblər. 

Məsələ ilə bağlı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına (MRX) sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq Şəmkir MRX-dan bildirilib ki, sosial şəbəkədə yayılan videogörüntülər köhnədir:

“Həmin məlumat hazırda aktual deyil, video köhnədir. Hazırda əməkhaqlarının alınmasında hər hansı problem yoxdur”.


Abunəlik