Bir həftədən çox itkin düşən alpinistlərin cəsədləri Elbrusda tapılıb
Bir həftədən çox itkin düşən alpinistlərin cəsədləri xilasedicilər tərəfindən Elbrus dağında tapılıb.
Aztimes.az-ın RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Şimal yamacdan Elbrusa qalxan bələdçi və alpinistlərdən ibarət qrupun aprelin 21-də Azau düşərgəsinə getdiklərini bildirilib.
Sonuncu dəfə onlarla aprelin 17-də əlaqə saxlanılıb. Alpinistlər zirvədən 200 metr məsafədə olduqlarını bildirmişdilər.