Hansı halda pensiyalar yenidən hesablana bilər? – AÇIQLAMA

Baxılıb:341
Hansı halda pensiyalar yenidən hesablana bilər? – AÇIQLAMA

“Pensiyaya çıxmış şəxsin pensiyasının yenidən hesablanması üçün hər hansı bir əsas olmalıdır”.

Aztimes.Az-ın məlumatına görə, bunu “Sosial saat”da Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədrinin müavini Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, pensiyanın yenidən hesablanmasına əsas yoxdursa, vətəndaş müraciət etdikdə mövcud pensiya məbləği və hesablama qaydası izah olunur:

“Vətəndaş da bəzən düşünür ki, özünün hesablaması daha düzgündür və yenidən müraciət edir. Başqa əsas olmadığı üçün məcburi eyni hesablanmanı göndəririk. Pensiyaların yenidən hesablanması bu hallarda olur. Hər il pensiyaların indeksləşdirilməsi baş verir. Bu, avtomatlaşdırılmış qayda da həyata keçirilir. Bu il bu rəqəm 11,4 faiz artırılıb”.

O qeyd edib ki, 2019-cu illərdə pensiya sahəsində islahatlar aparılıb:

“Pensiyaların hesablanması proaktiv qaydada həyata keçirilir. Burada 25 il sığorta stajı götürülür və bəzən vətəndaşın sığorta stajı daha çox olur. Vətəndaş yenidən stajı təsdiq edən sənədləri təqdim edir və yenidən hesablanma aparılır.

Digər tərəfdən vətəndaşın stajı 25 ildən artıqdırsa, o hissə də əlavə olaraq hesablanır və üzərinə əlavə edilir. Təhsil dövrünün staja daxil edilməsi 2006-i ildən əvvəlki dövrə aiddir və bu da yalnız əyani təhsilə aiddir”.Oxu.az


Abunəlik