“Semaşko”nun baş həkimi vəzifəsindən azad edildi – YENİ TƏYİNAT
1 saylı Tibbi Klinik Mərkəzin (Semaşko) direktoru İlham Qafarov vəzifəsindən azad edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bu barədə müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 1 saylı Tibbi Klinik Mərkəzə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub.
İ.Qafarov isə 1 saylı Tibbi Klinik Mərkəzin direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, K.Ələkbərov bir neçə gün öncə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.