Bir manata işləyən kiçik tutumlu nəqliyyat vasitələrinin aqibəti necə olacaq? – RƏSMİ

Baxılıb:209
Bir manata işləyən kiçik tutumlu nəqliyyat vasitələrinin aqibəti necə olacaq? – RƏSMİ

“Şənbə və bazar günləri bir manata işləyən kiçik tutumlu nəqliyyat vasitələrini bəzi daşıyıcıların himayə etməsi barədə bizdə məlumat var”. 

Aztimes.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, həmin daşıyıcılarla bağlı müvafiq iş aparılacaq. Belə ki, qanunvericilikdə bununla bağlı boşluq olduğu üçün BNA hər hansı cəzalandırma metodundan istifadə edə bilmir: 

“Biz məlumatlandırma xidməti rolunu oynayırıq. Təkliflər verilib. Yaxın zamanlarda onlarla bağlı iş aparılacaq”.Oxu.Az


Abunəlik