AVRO-2020-nin kuboku küləyin “qurbanı” oldu

Baxılıb:166
AVRO-2020-nin kuboku küləyin “qurbanı” oldu

Hazırda Buxarestdə nümayiş olunan AVRO-2020 kuboku küləyin “qurbanı”na çevrilib.

“Aztimes.az”ın məlumatına görə, “Realitatea” kanalının canlı yayımı zamanı maraqlı insident yaşanıb.

Kubokun ətrafındakı yan panel küləyin təsirilə onun və qarşısında çıxış edən jurnalistin üzərinə aşıb. Bunun nəticəsində isə qarşıdan gələn futbol üzrə Avropa Çempionatının əsas mükafatı əks-səda ilə yerə düşüb.

Hadisə nəticəsində xanım jurnalistin xəsarət almadığı bildirilib. 

Haber Global


Abunəlik