Bakıda binanın damında meyiti tapılan qız nədən ölüb? – YENİLƏNİB
Bakıda binanın damında meyiti tapılan qızın ölümünə səbəb kimi ilkin versiyada onun həddən artıq narkotik vasitə qəbul etməsi bildirilir.
Aztimes.az xəbər verir ki, Bu barədə Oxu.az-a hüquq mühafizə orqanlarından məlumat verilib.
1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyitinə baxış zamanı onun üzərində xəsarət izi aşkar olunmayıb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
09:24
Bakıda binanın damında gənc qızın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.