Yeni sədr iclas keçirdi: Fəaliyyət istiqamətləri müəyyənləşdirildi

Baxılıb:178
Yeni sədr iclas keçirdi: Fəaliyyət istiqamətləri müəyyənləşdirildi

Aprelin 19-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun rəhbərliyi və tabeli idarələrin iştirakı ilə videokonfrans keçirilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun verdiyi məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidenti tərəfindən tərəfindən meliorasiya və su təsərrüfatı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin və tapşırıqların icrası, vegetasiya suvarma mövsümünə başlanılması ilə əlaqədar konkiret tapşırıqlar verilib və fəaliyyət istiqamətləri müəyyənləşdirilib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 5-də imzaladığı sərəncamı ilə, Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.oxu.az


Abunəlik