Meyitxanaya aparılan uşaq yolda “dirildi”

Baxılıb:241
Meyitxanaya aparılan uşaq yolda “dirildi”

Aztimes.az-ın məlumatına görə, heyrətamiz hadisə Qanada baş verib.

Olanlar barədə meyitxananın işçisi Hassan Azaare Daniel danışıb. Onun sözlərinə görə, xəstəxanadan çağırılaraq doqquz yaşlı uşağın meyitini meyitxanaya aparmalı olduğu deyilib. Ancaq yolun yarıdan çoxu gedildikdən sonra uşaq birdən asqırıb və öskürməyə başlayıb.

“Mən dərhal dayandım, onu ehtiyatla çiynimə götürdüm və yenidən şöbəyə qaytardım. Tibb bacıları mənim niyə geri qayıtdığımı soruşdular. Lakin mən onlara əhəmiyyət verməyib çarpayıya yaxınlaşdım, uşağı uzatdım və sonra onun sağ olduğunu dedim. Hamı heyrətlənmişdi”.

Danielin sözlərinə görə, sonda uşaq sağalıb və evlərinə göndərilib.

“Pulse” portal.


Abunəlik