Qəbələ şəhəri zibil içində-Səbuhi Abdullayev hara baxır-VİDEO

Baxılıb:966
Qəbələ şəhəri zibil içində-Səbuhi Abdullayev hara baxır-VİDEO

Rayonlarımız içərisində demək olar ki, turizm sektrının inkişafı üçün ən çox maliyyə ayrılmış rayonlardan biri də Qəbələdir. Qəbələ bineyi qədimdən  Azərbaycanın şah damarı hesab olunur. Hələ erkən-orta əsrlərdən Albaniya çarlığının döyünən ürəyi olan Qəbələdə bütün ticarət yolları üzərində bərzəx rolunu oynayıb. Sovet hakimiyyətinin hökmran olduğu dövrdə də öz mövqeyini itiməyən rayon post-sovet məkanında məhşur olub.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə  turizmin inkişafı üçün Qəbəlyə dövlət tərəfindən külli miqdarda maliyyə ayrılıb. Hər il rayonu saysız-hüsabsız yerli və xarici turist ziyarət edir.  Bu da  o deməkdir ki, Dünya  Azərbaycana Qəbələdən baxır.  Bəs nə görür?

Hətta bu səliqəsizlik Qəbələ rayon icra hakimiyyəti binasının yerləşdiyi Heydər Əliyev prospektində də tüğyan edir. Sakinlər deyir ki, elə olur , həftələrlə park təmizlənmir. Xəzəl dizə qalxır.Bu vəziyyət  vətəndaşlar tərəfindən təqdim olunan videoçəkilişlərdə də  açıq-aydın görünür. Belə əhəmiyyətli bir rayonun əhalisinin rahatlığı ilə bərabər təmizliyi, gözəlliyi  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları tərəfindən Səbuhi Abdullayevə etibar edilib. Görünənsə budur ki, Abdullayev əmanətə xəyanət etməklə məşğuldur. Ümidvarıq ki, qarşı tərəf bu görüntülərdən utanaraq nəticə çıxararaq ona mal-mülk yığmaq yox, xalqın rahatlığının təmin edilməsinin tapşırıldığını xatırlayacaq.

Yaxın günlərdə rayonda satılaraq dağıdıldığı iddia edilən  türk qəbirləri barədə geniş yazımız olacaq.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir