SON DƏQİQƏ: Tərtərdə PARTLAYIŞ – Ölən və yaralanan var
Tərtər rayonunda hərbi sursat partlayıb.
AzTimes.az redaktor az-a istinadən xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Əl qumbarasının partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralı şəxslərin hələlik şəxsiyyəti məlum deyil
Faktla bağlı araşdırma aparılır.
AzTimes.az