Yafəs Türksəs dinc dayanmır-Bu dəfə hədəf Elman Rüstəmov oldu

Baxılıb:379
Yafəs Türksəs dinc dayanmır-Bu dəfə hədəf Elman Rüstəmov oldu

AzTimes.azsaytı olaraq şair Yasəf Türksəsin hay-küy yaradan şerləri barədə məlumat vermişdik. Bu dəfə şairin hədəfi Milli Bankın sədri Elman Rüstəmov oldu. Şair Elman Rüstəmova  öz şəxsi facebook hesabında”həmkəndlim ” deyə xitab edərək  aşağıdakı məzmunda şeir həsr edib. Şeirə baxılırsa Elman Rüstəmovun cavabı gecikməyəcək.

Milli Bankın sədri, həmkəndlim Elman Rüstəmova

Faizləri sən nə yaman çoxaltdın,
Ay keçəlbaş,” “şapka”ları uzatdın,
Kisə-kisə pulu yoxa çıxartdın,
Müavini verdin bada, ay Elman.

Bizneskreditlər qayıtmır geri,
Bərk gedirsən, ta bir az asta yeri,
Bəlkə, saxlayasan bu verhaveri?
Baxmırsan amana-dada, ay Elman.

“Planet”də eyş-lşrəti çəkirsən,
Tikintini Talıb ilə örtürsən,
Milyardları yıgıb, görən neynirsən,
80 illik bir dünyada, ay Elman?

İnsaflı ol, faizləri azalt, sən,
“Şapka”ların günlüyünü qısalt, sən,
Həmkəndliyik, kitabımı çıxart, sən,
Adın çıxsın, yaxşı ada, ay Elman.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir