Oğuz və Qəbələnin meşələri niyə yanır?-Şahin Cavadov yazır

Baxılıb:403
Oğuz və Qəbələnin meşələri niyə yanır?-Şahin Cavadov yazır

Artıq həftədən çoxdur ki, Qəbələdə meşələr yanır. Dünəndən Oğuzdan da yanğın xəbərləri gəlir. Bu günə qədər 100-lərlə hektar meşə yanıb, məhv olub.

Maraqlıdır ki, Sovet zamanında meşələr əsla bu qədər yanmırdı. Təsadüfdən yanğın baş verdikdə də çox qısa müddətə söndürülürdü.

Hazırda isə guya ki, müasir texnikalarla silahlanmış bir qurum yanğını söndürməyə çalışır, amma nə sirrdirsə bir türlü bu işi başa çatdıra bilmir. Bəs meşələr nədən yanır? Meşələrin yanması üçün heç bir təbii səbəb yoxdur- ildırım çaxmır, hər hansı yanıcı qazların ayrılması mümkün deyil, çünki biz tayqada deylik. Lakin meşələrin yanması üçün təbii şərait yaradılıb.Məhz yaradılıb. Belə ki, meşələr vəhşicəsinə talan edilir. Qırılmış ağacların olduğu sahələri isə qısa vaxtda böyürtkən kolları basır. Meşəni qırmaqla məşğul olan qurum isə etdiyi cinayətlərin izini itirmək məqsədiylə bu kolluqlara od vurdurur. Nəticədə kolluqlar, onların arasında boy atmağa çalışan gənc ağaclar yanıb, məhv olur. Yanan tək ağaclar olmur. Meşənin canlıları da məhv olub, gedir.Nə qədər ki, meşəni qorumalı olan qurumlar meşəni talamaqla məşğul olacaqlar, qanunsuz ağac emalı sexləri çalışacaqlar, meşələrimiz də bu cür yandırılacaq. Bu arada FHN –yə yanğını söndürməyə ayrılan büdcədə maraqlıdır.

 

Qəbələ şəh. 27 avqust 2019,ŞahinCavadov, /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir