Bu il şəhid ailələrinə neçə fərdi ev veriləcək? – RƏSMİ
Ötən il 790 fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilib.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov “Sosial saat” layihəsində çıxışı zamanı deyib.
O bildirib ki, bu il daha 450 fərdi evin tikintisi nəzərədə tutulur:
“Artıq həmin şəxslər müəyyən olunub. Həmin şəxslərin torpaq sahəsi ilə təmin edilməsi üçün aidiyyəti qurumlara müraciət ünvanlanıb. Bu istiqamətdə proseduralar həyata keçirilir. Qısa müddətdə fərdi evlərin tikintisinə başlanılacaq. Nazirlik tərəfindən bu kateqoriyadan olan vətəndaşlara verilən evlər tam təmirli şəkildə təqdim edilir”.Oxu.az