“Arsenal” 89 il əvvəlki rekordunu təkrarlayıb

Baxılıb:170
“Arsenal” 89 il əvvəlki rekordunu təkrarlayıb

Avropa Liqasının 1/4 final mərhələsinin cavab görüşündə Çexiyanın “Slaviya” klubu doğma meydanda İngiltərə “Arsenal”ını qəbul edib.

Oyun “topçular”ın 0:4 hesablı qələbəsi ilə yekunlaşıb.

“OptaJoe” “Twitter” səhifəsi məlumat verir ki, bu qələbə ilə London təmsilçisi 1932-ci ilin dekabrından bəri ilk dəfə dörd səfər oyunun hamısında ardıcıl azı üç qol vurub.

Qeyd edək ki, Avropa Liqasının yarımfinalında “Arsenal”ın rəqibi İspaniyanın “Vilyareal” klubu olacaq.oxu.az


Abunəlik