Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlandı – FOTO

Baxılıb:208
Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlandı – FOTO

Lənkəranda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb. 

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, aprelin 14-də axşam saatlarında Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində müəyyən edilməmiş avtomobillə həmin kəndin sakini Z.Əliyeva vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış VAZ-2107 markalı avtomobilin sürücüsü, Lənkəran rayonunun Xolmili kənd sakini Samid Hacıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.\oxu.az


Abunəlik