“Zəfər” muzeyi “8 Noyabr” prospektində ola bilər – FOTO

Baxılıb:923
“Zəfər” muzeyi “8 Noyabr” prospektində ola bilər – FOTO

Bakının Xətai rayonunda yerləşən “Nobel” prospektinin və “Zığ şossesi”nin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin adı dəyişdirilərək “8 Noyabr” prospekti adlandırılıb. 

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, “Hərbi Qənimətlər parkı”nın yerləşdiyi bu prospektdə gələcəkdə “Zəfər” muzeyinin yaradılması da məqsədəuyğun olacaqdır.

Qeyd edilməlidir ki, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib. Zığ sossesinin Cəmşid Naxçıvansi adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanmış və bununla da prospekt Bakı şəhərinin ən böyük prospektlərindən birinə çevrilib.oxu.az


Abunəlik