ÜST: Koronavirusdan ölümlər artıb

Baxılıb:143
ÜST: Koronavirusdan ölümlər artıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus dünyada koronavirusdan ölümlərin artdığını açıqlayıb.

Aztimes.az xəbər verir ki, Bu barədə ÜST-ün saytında məlumat verilir.

“Artıq ardıcıl yeddi həftədir ki, yoluxmada, son dörd həftədə isə ölümlərdə artım müşahidə etmişik”, – deyə Qebreyesus bildirib.

O, vaksinasiyanın COVID-19 virusu ilə mübarizədə yeganə yol olmadığını söyləyib.

ÜST rəhbəri insanları sosial məsafəni qorumağa, qoruyucu maskalar taxmağa, özünü təcrid etməyə və digər tədbirlərə riyaət etməyə çağırıb.


Abunəlik