Damlanın oxuduğu toyda atəş açıldı: Polis əməliyyat keçirdi – FOTO
Rusiyanın Sankt-Peterburq şəhərində müğənni Damlanın çıxış etdiyi toya polis basqın edib.
Aztimes.az xəbər verir ki, buna Belevski prospektində yerləşən restoranda odlu silahdan havaya atəş açılması səbəb olub.
İnsident aprelin 10-da baş verib. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları toya daxil olaraq qonaqları saxlayıb.
Saxlanılanlar arasında Damlanın prodüseri Şamil İbrahimov da olub. O, sosial şəbəkədə paylaşım edərək səhər saat 5-ə qədər dindirildiyini, daha sonra sərbəst buraxıldığını bildirib. Prodüser həmçinin basqın zamanı lentə aldığı görüntüləri də “Instagram” səhifəsində yerləşdirib.“Qafqazinfo”.