Əflatun Amaşov jurnalistlərin vaksinasiya prosesindən DANIŞDI
Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin vaksinasiya prosesinin başlanması ilə bağlı ictimaiyyətə məlumat verib.
Aztimes.Az-ın məlumatına görə, bu gündən Mətbuat Şurasının binasında jurnalistlərin vaksinasiyasına başlanılır.
O qeyd edib ki, vaksinasiya könüllülük prinsipinə əsaslanır:
“Hazırda 200-ə yaxın jurnalistin peyvəndlənməsi üçün müraciət olunub”.Oxu.Az