Böyük Britaniya Azərbaycan ordusunun zabitini təltif etdi

Baxılıb:133
Böyük Britaniya Azərbaycan ordusunun zabitini təltif etdi

Azərbaycan ordusunun Zabiti Murtuz Zeynalov Sandhurst Kral Hərbi Akademiyasında təhsilini fərqlənmə ilə başa vurub.

Bu barədə Britaniyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, Zabit Zeynalov beynəlxalq kursant kimi xüsusi xidmət göstərdiyinə görə “Hodson’s Horse Award” Mükafatına layiq görülüb.

Vurğulanıb ki, Birləşmiş Krallıq mütəmadi olaraq Azərbaycanın və bölgənin silahlı qüvvələrinin heyətini britaniyalı həmkarları ilə birlikdə peşəkar hərbi təlimlərdə iştirak etməyə dəvət edir.Oxu.az.


Abunəlik